Renault komandasının britaniyalı pilotu Colion Palmer, Karlos Saynsla əvəz ediləcəyini bir həftə bundan öncə bilirmiş. Hərçəndi, Böyük Mükafatların ictimayyətinə, Karlos Sayns ilə Renault arasında müqavilənin imzalandığı dünən, cümə günü, açıqlanıb.

"İnternetdəki məqalələri oxuyarkən onların doğru olduğunu bilirdim, çünki mənə bu barədə komandamızdan bir neçə nəfər məlumat vermişdi, - Autosport nəşrinə müsahibə verən Palmer bildirib. - Əlbəttə, anlayırdım ki, bu mövsümdəki çıxışlarımdan sonra komanda məni əvəzləməyə adam axtaracaq. Lakin, qərar qəbul edilməyibsə, hələ heç nə itirilməyib sayılır. Eyni vəziyyət keçən il də mövcud idi.

Hazırda gələn mövsüm nə ilə məşğul olacağımı bilmirəm. Qərar qəbul etmək üçün vaxtım vardır. Lakin, mən narahat deyiləm. Bəli, bir müddət bundan əvvəl Renault komandasında qalacağıma ümid edirdim. Bu dəfə alınmadı. Formula 1 və kənarda olan başqa variantları da nəzərdən keçirmək gərəkdir. Qərar qəbul etməyə tələsməyəcəyəm".

Palmer üçün ehtimal olunan variantlardan biri də Williams komandasında Felipe Massanı əvəz etməkdir. Lakin, Colion sərh verməkdən çəkinib. "Hələlik heç nə söyləyə bilmərəm, - Palmer bildirib. - Əlbəttə, Williams yaxşı komandadır. Vaxtı ilə atam da orada çıxış edib".