Keçmiş 67 il ərzində Ferrari 1000 yaxın Qran Pridə iştirak edib və italyan komandasında 108 pilot yarışıb. Scukderia’nın tarixi boyu italyanlar ilk dövrədə hər iki avtomobili ilə yarışdan kənar qalmayıblar. BBC Sport’un bildirdiyinə görə, Sinqapurdakı ikili yarışı tərk etmə bir ilkdir.

Yalnız bir dəfə, 1970-ci ildə Haramada keçirilən yarı.da Ferrari birinci dövrədə yarışdan kənar qalmışdı.

Lakin, o zaman, Maranellodan olan kollektiv yarışa bir avtomobillə qatılmışdır. Jaki İksin idarə elədiyi avtomobil Ceki Oliverin bolidi ilə toqquşaraq yarışı tərk etməli olmuşdu.

Əvvəlki antirekordu Ferrari kaomandası 1981-ci ildə qeydə almişdı – Jil Vilnyov birinci dövrədə yarışdan çıxmış, Didye Pironi isə dörd dövrə sonra yarışı tərk etmişdi.