İtalyan kütləvi informasiya vasitələri Sebastyan Fettelin çempionluq şansını yerlə-yeksan etmiş Sinqapurdakı qəzadan sonra Ferrari komandasını güclü tənqid atəşinə tutublar.

Alman pilot pouldan start alırdı və pilotlar birinciliyində, iki həftə bundan öncə Monzada itirlmiş, liderliyi qaytarmaq şansına malik idi. Lakin, alman pilot və onun komanda yoldaşı Kimi Rəykkonen üçün yarış ilk döngəyə çatmamış bitdi. 

«Ferrari hər şeyi özü korladı, - La Gazzetta dello Sport yazır. - Qırmızı avtomobillər ən yaxşı horror filmləri rejissorunun təsəvvür etmədiyi şəkildə özləri yarışdan çəkildilər».

Bazar ertəsi Corriere dello Sport qəzeti belə başlıqla çıxıb: «Xeyr, Seb, belə də deyil! Sinqapur yarışının ilk 300 metri son on ildə Ferrarinin yaşadığı ən böyük fəlakətlərindən biri olub».

Tuttosport yazır: «Bu fəlakət Maranellodan olan komandanın titul ümidlərini puça çıxardı. Bir neçə saniyəyə bütöv bir mövsüm alt-üst oldu». Daha bir italyan nəşri La Stampa əlavə edib: «İndi Lyuis Həmiltonu çempionluq tituluna doğru yüngül gəzinti gözləyir».