Yeddiqat dünya çempionu Mixael Şumaxer F1 Racing nəşrinin azarkeşlər arasında aparılmış sorğunun nəticəsinə görə Scuderia Ferrari komandasının tarixində olan ən yaxşı pilot seçilib. Sorğu əfsanəvi italyan markasının 70 illik yubileyinə həsr edilib.

Səsvermənin kriteriyalarını azaltmaq üçün Maranellodan olan bolidlərin sükanı arxasında qələbə qazanmış 38 pilot seçilib. Onlayn sorğuda iştirak etmiş fanatların yarısı səsini Scuderia Ferrari ilə ardıcıl beş dəfə çempion olmuş Şumaxerə verib. İkinci yeri azarkeşlərin səslərinin 12% toplayan Kimi Rəykkonen tutub. 2010-2014-cü illərdə italyan komandasının rənglərini müdafiə etmiş Fernando Alonso altıcı olub.

Bu gün Scuderia Ferrari komandasının lideri sayılan Sebastyan Fettel yalnız 1,3% səs toplayaraq onuncu yerdə qərarlaşıb.