“Autosport” nəşrinin verdiyi məlumata əsasən, Sergey Sirotkin və Robert Kubitsa Pirelli Motorsport komandasının təşkil etdiyi mövsümsonu testlərində Williams komandasının tərkibində iştirak edəcəkdirlər.

Əslən Bakıdan olan Renault komandasının test-pilotu Sirotkin və 32 yaşlı Robert Kubitsa FW40 bolidində hərəyə bir test günü keçirəcəkdirlər. Sergeyin Birləşmiş Ərəb Əmirliklərinə dəvət almasının səbəbinin onun Felipe Massadan boşalan yerə namizəd olması ilə də izah etmək olar.

Buna baxmayaraq, bir çoxları Qrouv komandasındakı boş yerə əsas namizədin Robert Kubitsa olduğundan əmindirlər.  Qeyd etmək gərəkdir ki, Sergey Sirotkin Renault komandasının tərkibində Rusiya, İspaniya, Avstriya və Malaziyada keçirilən cümə axşamı sərbəst yürüşlərində iştirak edib.