Məşhur avtoidman eksperti Co Seyvud, FiatChrysler alyansının rəhbəri Sercio Markionenin Alfa Romeo markasını Formula 1 çempionatına qayıtması ilə kifayətlənmək fikrində olmadığını bildirib. Alyansın yüksək vəzifəli rəhbəri daha bir italyan markasını yarışlara qaytarmaq istəyir.

Keçən həftə Alfa Romeo ilə Sauber arasında texniki və kommersiya əməkdaşlığı haqqında müqavilə imzalanıb.

“İtaliyada yeni şaiyələr peyda olub. Onlara inansaq, Markione gələn il Maserati markasını Haas F1 komandası ilə tərəfdaş etmək niyyətindədir. Amerikan komandası əvvəlki kimi Ferrari mühərriklərindən istifadə edəcək, Maserati isə sadəcə baş sponsor olacaqdır, - Seyvud öz bloqunda yazıb. – Bu gediş, Markioniyə F1-dəki gələcək siyasi debatlarda Haas komandasından istifadə etmək imkanı verəcəkdir. Digər tərəfdən maliyyə problemi olmayan Cin Haas bu təklifdən imtina edə bilər.

Çox güman ki, bu yolla Markione həmçinin daha bir Ferrari protejesini irəli çəkməyi də hədəfləyir. Lakin, Haas komandası gələn mövsümdə Romen Qrojan və Kevin Maqnussenlə yarışacağını bildirib”.

Image alt Image alt Image alt