Scuderia Ferrari komandasının yeni bolidi krəş-testləri uğurla keçib

Scuderia Ferrari komandasının 669 kod adı ilə nişanladığı yeni bolidi FIA-nın bütün krəş-testlərindən uğurla keçib.

İtalyan kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, “oreol” da quraşdırılan bolidin frontal möhkəmlik testi Milan yaxınlığındakı Bollate texniki obyektində keçirilibdir. Bundan əvvəl, yeni avtomobil statik testlərdən uğurla çıxıb. Keçirilən sınaqlarda müşahidəçi qismində Scuderia Ferrari komandasının texniki direktoru Mattia Binotto da iştirak edib. Xatırladaq ki, yeni mövsüm üçün hazırlanmış Ferrari bolidi FIA-nın krəş-testlərini keçən ilk Formula 1 avtomobildir.

Bu həftənin əvvəlində italyan komandası yeni avtomobilini fevral ayının 22-si tarixində keçiriləcəyini bildiribdir.  Bu tarixdən dörd gün sonra Barselonada mövsümün ilk testləri başlanmalıdır.

ДРУГИЕ СТАТЬИ