Scuderia Ferrari komandası rəsmi olaraq rus pilot Dəniil Kvyatın italyan komandasının inkişaf üzrə pilotu olacağını təsdiq edib.

Beləliklə, Daniil Ferrari pilotları olan Sebastyan Fettel və Kimi Rəykkonenə kömək edəcəkdir. Lakin, italyan komandası rus pilotla bağlanmış müqaviləsinin təfərrüatlarını açıqlamayıb. Kvyat Formula 1 çempionatında 2014-cü ildə Toro Rosso komandasının tərkibində debüt edib. 2015-ci ildə rus pilot əsas komanda olan Red Bull Racing komandasına keçib. 2016-cı ildə RBR komandası ilə dörd yarış keçirən Kvyat yenidən Toro Rossoya keçirilib. Keçən il Kvyat STR komandasının tərkibində 15 yarışda iştirak edib. Mövsümün bitməsinə az qalmış pilotun Red Bull proqramını tərk etdiyi bildirilib.

Daniil Kvyat karyerası boyu 72 yarışda iştirak edib, iki podium əldə edib və 133 xal toplayıb.