Formula 1 çempionatının şin təchizatçısı olan Pirelli Motorsport Azərbaycan Qran Prisində istifadə ediləcək təkərlərin tərkibini açıqlayıb.

2017-ci ilin sonunda italyan şin istehsalçısı slik xəttini beşdən yeddi kompaunda qədər genişləndirdiyini bəyan edib. Şin xəttinə çəhrayı (Hypersoft) və narıncı (Superhard) haşiyəli təkərlər daxil edilib. Bununla belə, bu təkərlərin heç biri Bakıdakı yarışda istifadə edilməyəcəkdir, çünki Pirelli paytaxtımıza Ultrasoft, Supersoft və Soft təkərlərini gətirəcəkdir. Xatırladaq ki, keçən il keçirilmiş möhtəşəm yarışda pilotlar daha sərt tərkiblərdən – Supersoft, Soft və Mediumdan istifadə etmişdirlər.