Scuderia Toro Rosso komandasının 28 yaşlı pilotu Brendon Hartli nişanlısı Sara Uilson ilə Yeni Zelandiyada evləniblər.

2016-cı ildə nişanlanmış Brendon və Saranın nigah mərasimi çərşənbə günü Uaheke adasındakı dəbdəbəli Mudbrick Vineyard Et Restaurant restoranında keçirilib. Buna baxmayaraq, Fayentsadan olan pilotun nigah mərasimindən çəkilmiş fotoşəkil iki gündən sonra dərc edilib.

Yeni Zelandiyalı pilotunun nigah şahidi onun avstraliyalı həmkarı və Red Bull Racing komandasının pilotu Daniel Rikkardo olub. Xatırladaq ki, dünya dözümlülük çempionatında çıxış edən yeni zenlandiyalı keçən mövsümün sonlarında STR komandasında Daniil Kvyatı əvəz edib. 

Image alt Image alt