Haas komandasının rəhbəri Günter Ştayner bu günlərdə ciddi tənqid atəşinə məruz qalıb. Bunun səbəbi, komanda rəhbərinin ABŞ-dakı pilotların Formula 1 üçün hazır olmadığı haqqında sözlədiyi sözlər olub.

Avstriyalı menecer belə bir bəyənatı, jurnalistlərin 2019-cu ildə amerikalı pilotun komandaya dəvət olunması mümkünlüyü barədə sualına verdiyi cavabında səsləndirib. «Belə planlarımız yoxdur. Əlbəttə, komandaya amerikalı pilotu dəvət etmək istərdik. Lakin, hesab edirəm ki, ABŞ-da F1 hazır olan pilot yoxdur». Bu sözlər Formula 1 üzrə 1978-ci ilin dünya çempionu Mario Andretti də daxil olmaqla amerikalı pilotlarının xoşuna gəlməyib. «Bu, düzgün olmayan və təkəbbürlü sözlərdir», - Andretti Twitter səhifəsində yazıb.

Amerikan komandasının rəhbərinə IndyCar pilotları da cavab veriblər. «Cəfəngiyyatdır! Əgər Hass həqiqətən belə hesab edirsə, o zaman bizə şans versin. Amerikalı pilotlar çox yaxşıdırlar. Əmin edə bilərərm ki, bizdə istedadlı uşaqlar çoxdur.

IndyCar seriyasında qalmaq daha yaxşıdır, çünki bu seriyada rəqabət yüksəkdir», - Qrehəm Rəyhol yazıb. Onu, - «quşu gözündən vurmusan», - deyən keçmiş F1 pilotu Aleksandr Rossi də dəstəkləyib.  

Mario Andretti

«Haas komandasının yanaşması gülüncdür. Onlar deyir: «Amerikalı pilotlar lazım olan qədər yaxşı deyillər». Amma bizə bir şans belə verməyiblər. Onlar bizim sərf etdiyimiz zamanımıza belə dəyməzlər», - Reyhol davam edib.

«Amerikan pilotlarını təhqir edərək özünü necə amerikan komandası adlandırmaq olar? Axı onlar tərəfindən amerikalı pilotun namizədliyinə baxmaq haqqında işarə belə olmayıb», - Konor Deli əlavə edib.

Xatırladaq ki, Formula 1 çempionatında çıxış edən sonuncu pilot 2007-ci ilin ortasında komandadan qovulan Skott Spid olub. Aleksandr Rossi isə 2015-ci il mövsümündə bir neçə yarış keçirərək IndyCar seriyasına keçib.

Qrehəm Rəyhol