Haas komandası birinci olaraq 2018-ci ilin bolidini təqdim edib

Haas komandası Formula 1 çempionatının iştirakçıları arasında birinci olaraq 2018-ci ildə çıxış edəcəyi avtomobili təqdim edib.

Amerikan kollektivi bu günə kimi təqdimat tarixini açıqlamayan yeganə komanda olub. Amerikan komandası təqdimatı anons etmədən azarkeşlərə sürpriz hədiyyə edib. Hələlik VF18 bolidinin yalnız studiyada çəkilmiş fotoşəkilləri dərc edilib. Avtomobili əyani surətdə 26 fevralda başlayan ilk test günü görmək mümkün olacaq. Komanda səhər Barselonadaki pit-leyndə ənənəvi fotosessiyanı təşkil edəcəkdir.

Növbəti təqdimat mərasimini sabah, 15 fevral tarixində Williams komandası keçirəcəkdir.

ДРУГИЕ СТАТЬИ