2018-ci ildə yarışacağı avtomobili təqdim edən Sauber komandası Formula 1 çempionatında təqdimat keçirən dördüncü kollektiv olub.

Təqdimat Haas, Williams və Red Bull Racing komandalarında olduğu kimi onlayn rejimində keçirilib. İsveçrə komandası C37 modelinin kompyüter rəsmlərini dərc edib. 2018-ci il mövsümü Sauber komandasının tarixində yeni səhifə açacaqdır. Komanda keçən ilin sonunda Alfa Romeo komandası ilə texniki və sponsor tərəfdaşlığı barədə müqavilə imzalayıb. Yeni livreya keçən ilin sonunda təqdim edilsə də, yeni zaman o kəsiyində heç dəyişikliyə məruz qalmayıb.

Lakin, avtomobilin üzərində yeni sponsor loqotipləri peyda olub. Son yarım gün ərzində Hinvildən olan komanda  isveçrə saat istehsalçısı Richard Mille, idman geyimləri istehsalçısı Kappa və gün eynəyi istehsalçısı Carrera şirkəti ilə müqavilə bağladığını bəyan edib.

Bu il isveçrə komandasının rənglərini Markus Eriksson və F2 çempionu Şarl Lekler müdafiə edəcəkdirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt