Cümə günü səhər McLaren komandası rəsmi olaraq yeni MCL33 bolidini təqdim edib. britaniya kollektivi yeni avtomobilin köməkliyi ilə daha yüksək mövqelər uğrunda mübarizə aparacağından əmindir.

Təqdimatdan həftələr öncə Uokinqdən olan kollektiv yeni avtomobilin livreyasının tizerlərini dərc edərək ictimayyəti maraqlandırmağa çalışmışdır. Lakin, avtomobilin rənginin parlaq narıncı olacağından kimsə şübhə etmirdi. Bolidin hava limanında çəkilmiş şəklindən sonra, avtomobilin livreyasının rəngi heç kimin üçün sirr deyildi. Gələn mövsümdə britaniya kollektivi yarıməsirlik tarixində ilk dəfə olaraq Renault mühərrikləri ilə təchiz ediləcəkdir.

Honda komandası ilə keçirilmiş üç illik uğursuz əməkdaşlaqdan sonra McLaren yeni ümidlərlə növbəti mövsümə başlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt