Beynəlxalq Avtoidman Federasiyası (FIA) Ferrari və Haas komandaları arasındakı texniki əməkdaşlığın reqlament çərçivəsində olduğunu təsdiqləyib.

Barselonadaka keçirilmiş mövsümöncəki testlər zamanı Haas VF18 boldinin göstərdiyi sürət hamını heyrətləndirə bilib. Yeni mövsümün birinci yarışı olan Avstraliya Qran Prisində də amerikan komandasının bolidləri yüksək mövqelər uğrunda mübarizə aparıblar. Qeyd etmək gərəkdir ki, komanda mexaniklərinin səhvi ucbatından Haas pilotları Melburndan xal toplamadan ayrılıblar. Haas bolidlərinin qəfil sürətlənməsi peletonda bir çoxlarının xoşuna gəlməyib. Bu səbəbdən də, rəqib komandaların Haas bolidlərinin keçən ilki Ferrari bolidi olmasına işarə də vurublar.

Hətta, Fernando Alonso bunu açıq-açığına söyləyib.

Əlbəttə ki, bu söz-söhbətlərə aydınlıq gətirilməsi üçün Force India və Red Bull Racing komandalarının rəhbərləri FIA tərəfindən araşdırmaların aparılmasının zəruri olduğunu bildiriblər. “Biz Hass ilə Ferrari arasındakı texniki əməkdaşlığın detallarından xəbərdarıq və deyə bilərik ki, hər şey qaydalar çərçivəsindədir,  - Racemag Çarli Uaytinqdən sitat gətirib. – Keçən il bu məsələ barədə bir komanda bizə müraciət etmişdi. Bu il belə müraciətlər almamışıq”.