Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda yarışların vaxtını 1 saat 30 dəqiqəyə qədər azaltmağı təklif edib.

Albert-Parkda keçirilən Qran Pri zamanı Liberty Meida komandaların nümayəndələri arasında sorğu aparıb. Hələlik bazar gününün cədvəlinin necə olacağı məlum deyildir. Lakin, 2019-cu ildən başlayaraq Formula 1-in yeni sahibləri şənbə günü sprint keçirmək fikrindədirlər. 

«Nədən yarışın keçirilməsi zamanını 90 və ya 100 dəqiqəyə qədər azaltmayaq? Monako və Sinqapurdakı iki saatlıq yarışlar çətin ki tamaşaçıları maraqlandırsın, çünki bu müddət ərizndə trasda maraqlı heç bir şey baş vermir», - alman Auto Motor und Sport nəşri Laudadan sitat gətirib.