Audi şirkəti e-tron elektrik krossoverinin rekuperasiya sistemi barədə məlumat yayıb. Audi e-tron krossoverində tətbiq edilən sistem elektrokarın yürüş ehtiyatının 30 faizini təmin etmək imkanına malikdir. Alman istehsalçısı yeni sistemi Payks Pikdə sınaqdan çıxarıb.

İstehsalçının məlumatına əsasən e-tron modelinin rekuperasiya sistemi onun batareyasına 220 kilovatlıq enerjini qaytarmaq iqtidarındadır. Elektrok krossoverinin rekuperasiya sistemi iki elektromotordan və üç iş rejiminə malik olan elektrohidravlik əyləc sistemindən yararlana bilər. Əyləc sistemi gillətmə ilə hərəkət zamanı, avtomatik və əyləcləmə zamanı enerjinin rekuperasiyası rejimlərinə malikdir.

Elektrokar 0.3 g yüklənməsinə qədər əyləc sistemindən istifadə etmədən enerjini elektromotorlar vasitəsi ilə toplayır. Rekuperasiya səviyyəsini sükanaltı dəstəklər vasitəsi ilə də seçməkl olar. Ən yüksək rejimdə gillətmə ilə hərəkət mümkün olmur - akselerator pedalının buraxılması yalında elektrokar intensiv şəkildə yavaşlayır. Beləliklə, sürücü akselerator pedalını həm sürətlənmək, həm də yavaşlamaq üçün istifadə edə bilər.

Audi e-tron modeli alman markasının elektrohidravlik əyləc sistemi tətbiq ediləm ilk seriya avtomobilidir. Yoldakı vəziyyətdən və əyləclənmənin intensivliyindən asılı olaraq sistem yavaşlamaq üçün elektromotor, əyləc və yaxud onların hər ikisindən də istifadə edə bilər. Təcili əyləcləmə zamanı maksimal təzyiqi hasil etmək üçün sistemə 150 millisaniyə kifayət edir. Bu, əyləc yolunu 20% azaltmağa imkan verir.

Audi e-tron modeli 265 kVt (355 at qüvvəsi) və 561 Nm fırlanma anı hasil edən iki elektromotor ilə hərəkətə gəlir. Tələbat olduqda səkkiz saniyə ərzində elektromotorların hasilatını 300 kVt (402 at qüvvəsinə) və 664 Nm-ə qədər artırmaq da mümkündür. Elektrokar 100 km/saat həddinə 6 saniyədən az müddətə sürətlənir. Audi e-tron modelinin malsimal sürəti 200 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıbdır.

Elektrokar dolu batareyalar ilə 400 kilometr (yeni WLTP ölçmə metoduna əsasən) məsafə qət edir.

Yeni krossoverin təqdimat mərasimi 17 sentyabr tarixində San-Fransiskoda keçiriləcək xüsusi tədbirdə baş tutacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt