Dəbdəbəli avtomobillərin limuzinlərə çevrilməsi ilə ixtisaslaşmış Klassen firması Rolls-Royce Cullinan ofroderini altı metrlik limuzinə çevirməyi təklif edir.

Klassen firmasının portfoliosunda Mercedes-Maybach S-Class, Range Rover, Bentley Bentayga və hətta Mercedes-Benz G-Class modellərinin uzadılmış variantları mövcuddur. İndi isə növbə Rolls-Royce markasının ilk ofrouderinə çatıbdır.

Almanlar dəbdəbəli ofrouderin orta hissəsini 1016 millimetr, avtomobilin təkər bazasının uzunluğunu isə 4311 millimetrə qədər artırıblar. Uzadılmış “Kallinanın” qabarit uzunluğu isə 6357 millimetr təşkil edir.  Klassen artıq uzun bazalı ofrouderin qiymətini də səsləndirib – 1,8 milyon avro.

Əlbəttə ki, bu qiymətə siz sürücü bölümünü ayıran arakəsməsi, Bang&Olufsen səs sistemi, işqıdiodlarından işıqlandırması, xüsusi multimedia sistemi və bir sıra sistemləri iPhone vasitəsi ilə idarə edilən zirehli avtomobili əldə etmiş olacaqsınız.

Image alt Image alt Image alt Image alt