Avtopilot sistemi ilə təchiz edilmiş Range Rover Sport ofrouderi Böyük Britaniyanın ən mürəkkəb yollarından sayılan Coventry Ring Road dairəvi yolunu qət edib. Avtomobil yol hərəkəti qaydalarına və 65 km/saatlıq sürət rejiminə riayət edərək sərbəst şəkildə yerdəyişmələr edib, yolayrıcı və qovşaqları keçib.

Pilotsuz vasitə adaptiv kruiz-kontrol ilə təchiz edilmiş adi Range Rover Sport modelinin bazasında inşa edilib. Əlavə olaraq, ofrouder naviqasiya sensorlarına, GPS qəbuledicisinə və lazer məsafəölçəninə sahib olub. Bu avadanlıq sayəsində, avtomobil ən mürəkkəb yol quruluşuna malik olan dairəvi yol qovşaqlarında sərbəst şəkildə hərəkət etmək, işıqforların siqnallarını hesablamaq, həmçinin piyadaları, velosipedçiləri və digər avtomobilləri aşkarlamaq qabiliyyətinə sahibdir.

Hərəkət zamanı pilotsuz Range Rover Sport, digər avtomobillərdən və yaxud yolayrıclarında olan işıqforlardan məlumat almağa imkan verən, avtomobillərin infrastruktur ilə rabitə (V2X) əlaqəsini istifadə edir. Bu yaxında analoji sistemi Honda şirkəti də nümayiş etdirmişdir.

Sınaqlar Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən UK Autodrive layihəsinin tərkib hissəsidir. Milton-Keys və Koventri yollarında avtonom və Şəbəkəyə birləşmiş avtomobillərin sınağını nəzərdə tutan üç illik proqram bu ayın sonunda başa çatacaqdır. Layihəyə qoyulmuş sərmayənin ümumi miqdarı 20 milyon funt-sterlinq təşkil edib.

Mənbə: Newspress.uk

Image alt Image alt Image alt Image alt Image alt