Bu gün Scuderia Ferrari komandası 2019-cu ildə titul uğrunda mübarizə aparacağı yeni avtomobilini Maranelloda təqdim edib. Gözlənildiyi kimi, yeni avtomobil Scuderia Ferrarinin 90 illik yubileyinin şərəfinə SF90 adlandırılıb. Xatırladaq ki, Scuderia Ferrari 1929-cu ildə “Kommendatore”, yəni Enzo Ferrari tərəfindən yaradılıb.

Yeni avtomobilin şəkilləri təqdimatdan yarım saat öncə İnternet şəbəkəsində peyda olub. Maranellodakı təqdimatda iştirak edən jurnalistlər aldıqları materiallar ilə dərhal oxucuları ilə bölüşüblər. Avtomobil Ferrari üçün ənənəvi olan rənglərə boyanıb, lakin ağ rəng demək olar ki, yox səviyyəsindədir. 

Image alt Image alt Image alt Image alt

Komandanın adında və avtomobilin üzərində yeni titul sponsorunun adı da peyda olub: bu Philip Morris International şirkətinə məxsus olan Mission Winnow brendidir. Tütün məmulatlarının təbliğinin qadağan olunmasına baxmayaraq, tütün məmulatları istehsalçıları  əməkdaşlıq davam edir.

2019-cu ildə Sebastyan Fettelin komanda yoldaşı gənc monakolu Şarl Lekler olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt