Çinin Great Wall şirkətinə məxsus olan Wey premium subbrendi Frankfurt avtosalonunda hibrid güc qurğusu ilə təchiz edilmiş XEV adlı konsepti nümayiş etdirib. Bununla belə, istehsalçı hybrid krossoverin güc qurğusu barədə açıqlama verməyib.Güc qurğusunun elementləri mərkəzdə və arxa oxda yerləşdirilən tam çəkişli krossover, yeni modul platformasında inşa edilib.

Yığcam güc qurğusu inventor, daxili yanacaq mühərriki və başqa komponentlər arasında kabellərin sayını və uzunluğunu ixtisar etməyə yardım etmiş və avtomobilin çəkisini azaltmışdır. Krossover işıqdiodlarından hazırlanmış  qeyri-adi optikaya, “qağayı qanadları” şəklində qapılara, yan güzgüləri əvəz edən kameralara və dördüncü dərəcəli avtopilot sisteminə sahib olub. Bundan əlavə, konseptin təchizatına aktiv kruiz-kontrol, zolaqlara nəzarət və qəzaları önləyən sistemlər də daxil edilib.

Hazırda Wey brendi iki krossoverlə təmsil olunur – VV5 və VV7. Sonuncu krossover Haval H7 modelinin platformasında inşa edilib. Wey VV7 modeli  234 at qüvvəsi hasil edən 2,0-litrlik “turbodördlük” və yeddi pilləli iki muftalı “robot” ilə təchiz olunur.

Avtomobilin təchizatına dairəvi görüntü kameraları, elektriklə tənzimlənən havalandırmalı oturacaqlar, panoram tavan, avtomatik parktronik və premium səs sistemi daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt