Bayker və xizəkçilər üçün müdafiə ləvazimatının istehsalı üzrə ixtisaslaşan Helite fransız şirkəti Las-Vegasda keçirilən CES 2018 sərgisində dünyada ilk daşınan təhlükəsizlik yastığını təqdim edib.

Kiçik hündürlükdən düşmə zaman insanın budunu və ombasını müdafiə edən yastıqlar zərbə enerjisinin 90 faizini uda bilir.  Hip’Air adlanan kəmər təhlükəsizlik yastlıqları, akselerometrlər, giroskoplar, qaz generatoru və sistemi aktivləşdirən düymə rolunu oynayan plastikdən qıfıl quraşdırılmış havalandırmalı parçadan hazırlanıbdır. İstehsalçının sözlərinə görə, Hip’Air düşməni 200 millisaniyəyə müəyyən edə bilər. Bununla belə, düşmənin ortalama müddəti 400 millisaniyədir.

Təhlükəsizlik yastığının qiyməti 790 dollar təşkil edir. Hər bir əlavə qaz generatoru 50 dollara başa gələcəkdir. Qurğunun Avropadakı satışlarına bu ilin martında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt