GAC GS8 Trumpchi modelinin zahiri görünüşü oxucularımız üçün sirr deyil - iki ay bundan əvvəl Çin istehsalçısı avtomobilin rəsmi şəkillərini dərc etmişdi. Bu gün isə GAC Motor şirkəti avtomobilin interyer dizaynını açıqlayan eskizləri və texniki məlumatı dərc edib.

Avtomobilin interyerinin rəsmi şəkilləri olmasa da, dərc edilmiş eskizlər yeni GS8 Trumpchi modelinin 10,25-düymlük virtual cihazlar paneli və multimedia sisteminin 14,6-düymlük iri sensorlu ekranı ilə təchiz ediləcəyini göstərir. Multimedia sisteminin ekranı avtomobilin əksər sistemlərinin tənizmləməsini həyata keçirməyə imkan verəcəkdir.

Bundan sonra, GS8 modeli üçqollu sükan çarxı, proyeksiya displeyi, işıqların idarəedilməsinin sensorlu bloku və qadcetlərin simsiz doldurulması üçün genişləndirilmiş meydança ilə təchiz ediləcəkdir.

Baza krossoveri 252 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Əvvəlki altı pilləli “avtomatı” səkkiz pilləli Aisin avtomatik transmissiyası əvəzləyib. Çində GS8 modeli mexaniki tam ötürmə ilə təklif edilməyəcəkdir, baxmayaraq ki, arxa çoxqollu asqısı olan yeni GPMA platforması arxa oxu qoşan çoxqollu muftanı quraşdırmağa imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt

Tamötüməli hibrid GS8 Trumpchi krossoveri Toyota şirkətinin THS (Toyota Hybrid System) sistemi ilə təchiz edilir. Belə sistem artıq yapon konserninin modellərində tam sınaqdan çıxmışdır. Ön təkərlərin hərəkətindən elektromexaniki variator cavabdehdir, arxa təkərləri isə, gərək olduqda 54 at qüvvəli elektrik mühərriki qoşur. Çin modelini yapon avtomobillərindən fərqləndirən, Çin istehsalı olan 190 at qüvvəli 2,0-litrlik dördsilindrli mühərrikdir.

GAC GS8 Trimpchi modeli haqqında ətraflı məlumat bu gün Çendu şəhərində keçirilən avtosalonda açıqlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.