GAC Motor konserninin yerli brendi olan Trumpchi markası GA6 sedanının ikinci nəslini təqdim edib. Avtomobil yeni salona, dəyişdirilmiş eksteryerə və təkmilləşdirilmiş güc aqreqatına sahib olub. Trumpchi GA6 modelinin əsasını əvvəlki sedanın G-CPMA platforması təşkil etsə də, yeni sedanının üzunluğu 41 mm artaraq 4891 mm bərabər olub. Bu göstərici cari Toyota Camry modelində olduğundan 6 mm çoxdur.

GA6 modelinin interyeri tamamilə yenidir. Bununla belə, ön panelin dizaynında Mercedes-Benz modelləri ilə bənzərlik olduğu nəzərə çarpır. Məsələn, virtual cihazlar paneli multimedia sisteminin diapleyi ilə bir blokda birləşdirilib. Multimedia sistemini səs, sensor və mərkəzi tonneldəki şaybanın köməkliyi ilə idarə etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Trumpchi GA6 modelinin top versiyaları zəngin təchizata malikdirlər. Sedan matrisa tipli LED fənərlər, 18-düymlük təkər diskləri, panoram tavan, klimat-kontrol, kruiz-kontrol, dairəvi müşahidə kameraları və parkinq yardımçısı ilə təchiz edilir.

GA6 modelinin ikinci nəsli 169 at qüvvəsi və 265 Nm fırlanm anı hasil edən 1,5-litrlik turbomühərrik və 6-diapazonlu Aisin “avtomatı” ilə təchiz edilir.