GAC konserninin törəmə müəssisəsi olan GAC New Energy şirkətinin Aion markası Aion V elektrik krossoverini buraxacaqdır. Krossover gücü 184 at qüvvəsi olan bir elektrik mühərriki ilə təchiz ediləcək və dolu batareya ilə NEDC dövrünə əsasən 600 kilometrə qədər məsafə qət edəcəkdir.

Aion V krossoveri, Aion S sedanı və orta ölçülü Aion LX krossoverinin də əsasını təşkil GEP 2.0 (GAC Electric Platform) platformasında inşa edilib. Aion V modelinin uzunluğu 4586 millimetr, eni - 1920, hündürlüyü - 1728 millimetrdir. Təkər bazasının uzunluğu 2830 millimetr təşkil edir. Krossoverin elektrik mühərriki 184 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Aion V modeli təchiz edildiyi batareyaların tutumundan asılı olaraq 500, 520 və 600 kilometr (NEDC dövrəsində) məsafə qət edə bilər.

Aion V-nin dizaynı özünəməxsusdur və Aion LX modelindən fərqlənir. Krossover xrom xətti arxa dayaqlara qədər uzanan ikimərtəbəli ön fənərlərə, süzən dama, arxa qapının gizli tutacaqları ilə vizual olaraq birləşən arxa fənərlərə sahib olacaq. Yerli KİV-lərin verdiyi məlumata görə, Aion V modelinin təchizatına parklama sisteminin 12 sensoru, panoram tavan, tündləşdirilmiş şüşələr və kuzovun ikirəngli boyanması daxil ediləcəkdir.

Aion V modelinin kütləvi debütü aprel ayının sonuna qədər baş tutmalıdır. Satışların bu ilin iyun-iyul aylarında başlanacağı gözlənilir. Qiymətlər hələlik açıqlanmayıb.