Geely şirkəti BinYue krossoverinin (MDB ölkələrində Coolray adı altında satılır) ən güclü və ən qənaətcil versiyasını yeniləyib. Qoşulan hibrid adi BinYue modeli ilə bənzər şəkildə təkmilləşdirilib. Krossover X-üslubda radiator barmaqlığını, digər bamperləri, yeni dizayn olan təkər disklərini və əsas texniki yeniliyi - daxili yanma mühərrikini işə salmadan yürüş ehtiyatının 62 kilometrdən 85 kilometrə qədər artırılmasını əldə edib. Güc qurğusunda dəyişikliklərə məruz qalmayıb.

Geely BinYue ePro qoşulan hibridinin kapotu altında 7-pilləli preselektiv "robota" quraşdırılmış elektrik mühərriki ilə tandemdə çalışan 177 at qüvvəli 1,5-litrlik "turboüçlük" yerləşir. Hibrid sistemin pik hasilatı əvvəlki kimi 258 at qüvvəsi və 415 Nm təşkil edir.

Adi Geely BinYue modelinin ardınca ePro versiyası da 12,3-düymlük sensorlu ekrana malik olan multimedia sistemini və transmissiyanın fərqli selektorunu alıb. Tərtibat materiallarının siyahısı da genişləndirilib. Elektrik rejimində yürüş ehtiyatının üçdə bir dəfədən çox artmasına necə nail olduğu açıqlanmadığına görə, böyük ehtimalla, krossover fərqli litium-ion dartma batareyasına sahib olub.

Səma İmperatorluğunda Geely qoşulan hibridinin baza versiyasının qiyməti 119.800 yuandır. Ən zəngin təchizata malik olan BinYue ePro modeli üçün isə 133.800 yuan ödəmək lazımdır. Beləliklə, Geely yenilənmiş versiyanın Çin bazarında ən ucuz qoşulan hibrid krossoveri statusuna iddialı olduğuna işarə edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.