Geely şirkəti HaoYue modelini Çində rəsmi olaraq təqdim edib. Yeni krossover həm beş, həm də yeddi yerlik salonla təklif edilir. Yeddi yerlik avtomobilin salonundakı ikinci cərgədə üç fərdi oturacaq quraşdırılacaqdır. Geely markasının bayraqdar krossoverinin əsas rəqibləri Chery Tiggo 8 və GAC GS8 modelləri olacaqdır. Krossoverin qiyməti 103,6-139,6 min yuan (24,8-33,5 min manat) arasında dəyişir.

Geely HaoYue modelinin uzunluğu 4835 millimetr, eni - 1900 millimetr, hündürlüyü isə, 1780 millimetrdir. Krossoverin təkər bazasının genişliyi 2815 millimetrdir. HaoYue modeli 190 millimetrlik klirensə malikdir. Qeyd etmək lazımdır ki, bu günə qədər istehsalçının model xəttində yalnız 4.6 metr uzunluğundakı krossoverlər mövcud olub. Bu, çin markasının bayraqdar krossoverinin ölçülərinə görə Toyota Highlander (4890x1925x1720 mm) modelinə yaxın olduğundan xəbər verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çin bazarında HaoYue modeli 184 at qüvvəli 1,8-litrlik turbomühərrik və ya 177 at qüvvəsi hasil edən 1,5-litrlik "turboüçlük" ilə təklif ediləcəkdir. Sonuncu mühərriki stertyor-generatordan ibarət olan hibrid əlavə ilə də suafriş etmək olar. Transmissiya barədə məlumat verilməsə də, avtomobilin 7-pilləli “robot”, ön və tam ötürmə ilə təklif ediləcəyini gözləmək olar.

HaoYue modelinin avadanlıq siyahısına LED işıq texnikası, ikinci cərgənin oturacaqlarının fərdi şəkildə tənzimlənməsi, rəqəmsal cihazlar paneli, adaptiv kruiz-kontrol və panoram tavan daxildir.