Çinin Geely şirkəti öz krossoverlərində elektrik tam ötürmə sistemini tətbiq edəcəkdir. Yeni texnologiya, ilkin olaraq, Bo Yue Pro modelində sınaqdan keçiriləcəkdir. Arxa oxu hərəkətə gətirən elektrik mühərriki ilə təchiz edilmiş Geely Bo Yue Pro krossoverinin təqdimatı 26 martda keçirilə bilər.

Geely şirkətinin elektrik tam ötürməsinə malik olan modelinin yaxınlaşan debütü barədə, Çin markasının nümayəndəsi, Əş Satkliff özünün Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, Bo Yue Pro krossoverinin ön oxunu 1,5-litrlik üçsilindrli turbomühərrik, arxa oxunu isə, 48G BSG adlandırılmış sistem hərəkətə gətirəcəkdir.

Yəqin ki, bu abbreviatura sürüşkən səthlərdə krossoverə yerindən tərpənməyə kömək edəcək 48 voltluq elektrik mühərrikinin mövcudluğuna işarə edir. Konstruktiv cəhətdən, Geely şirkətinin elektrik tam ötürməsi Toyota şirkətinin e-Four sisteminə bənzəyəcəkdir.

Adi Geely Bo Yue Pro modelində arxa ox elektronika ilə idarələnən çoxdiskli Borg Warner muftası vasitəsi ilə qoşulur. Arxa ötürmədə elektrik mühərrikinin istifadəsi çəkinin, yanacaq sərfiyyatının və zərərli tullantıları azaltmağa imkan verəcəkdir. Lakin, elektrik tam ötürmə sisteminin yüksək sürətlərdə aktiv olub-olmayacağı barədə məlumat verilməyib.

Image alt Image alt Image alt Image alt

İlkin olaraq, Əş Satkliff tvitində Geely şirkətinin yeni tam ötrümə sisteminin 26 mart tarixində debüt edəcəyini bildirsə də, bir gündən sonra bu tvit silinib. Odur ki, yeni sistemə sahib olan krossoverin təqdimatı təxirə salına bilər.