Genesis markası, ilk universal kuzovlu G70 Shooting Brake modelini keçən ilin dekabr ayında təqdim etmişdi. Bu gün isə, Britaniyada keçirilən Qudvud Sürət Festivalında şutinq-breyk dinamik debüt edib. Məşhur təpəyə qalxma yarışında iştirak edən Genesis G70 Shooting Brake modelini Britaniyanın F2 çempionatının qalibi Getin Cons idarə edib. Bu barədə çəkilmiş videonu diqqətinizə təqdim edirik.

Məlum olduğu kimi, Genesis G70 Shooting Brake modelinin əsas vəzifəsi avropalı alıcıları cəlb etməkdir. Cənubi Koreya markasının mühəndis və dizaynerləri universalı yaradılmasına qeyri-standart yanaşıblar. Yeni G70 Shooting Brake modelinin baqaj bölməsinin yan şüşələri yoxdur, arxa qapı boşluqları isə sedanda olduğu ilə eynidır.

Ancaq iri beşinci qapı panoram şüşəyə və nəhəng spoylerə malikdir, şutinq-breykin damı isə baza sedanında olduğundan bir qədər uzundur. Qeyd etmək gərəkdir ki, şutinq-breyk eyni platformada inşa edildiyi Genesis GV70 krossoveri ilə müqayisədə tamamilə fərqli dizayna malikdir.

Universalın ümumi ölçüləri sedanın ölçüləri ilə eynidir: onun uzunluğu 4685 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə 1400 millimetrdir. Oxlar arasındakı məsafə 2835 millimetrdir. Salonun ön hissəsi G70 sedanı ilə eynidir.

Həmçinin arxa cərgənin oturacaqlarının 40:20:40 nisbətində üç hissəyə bölündüyü, baqaj bölümünün həcminin isə sedandan 40% daha böyük (təxminən 460 litr) olduğu bildirilir.

Avropada Genesis G70 Shooting Brake modeli 197 və ya 252 at qüvvəsi variantlarında gücə malik olan 2,0-litrlik benzin turbomühərriki və 202 at qüvvəli 2,2-litrlik turbodizeli ilə təklif ediləcəkdir. Hər iki mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Tam ötürmə sistemi də olacaqdır.

Avropada universalların satışlarına payızda başlanacaqdır, yəni şutinq-breyk G70 sedanı və GV70 krossoveri ilə birlikdə “ikinci dalğada” Avropa bazarına daxil olacaqdır. Artıq məlum olduğu kimi, Avropada ilkin olaraq satışa Genesis G80 və GV80 modelləri satışa çıxarılacaqdırlar. Bu modellərin satışlarına yayda başlanmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

G70 Shooting Brake vətəni Cənubi Koreyada da satılacaqdır. Bununla birlikdə, beşqapılı modelin həyat dövrü çox qısa olacaqdır, çünki baza Genesis G70 sedanı 2017-ci ildə debüt edib və artıq plan üzrə genişmiqyaslı restaylinqdən keçib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.