Genesis markası Cənubi Koreyada yenilənmiş G70 sedanını təqdim edib. Yenilənmiş sedan dünyada stereoskopik effektli rəqəmsal cihazlar panelini əldə edən ilk avtomobil olub. Model həmçinin baqaj qapağının elektrik ötürməsinə və çoxpilləli hava təmizləmə sisteminə sahib olub.

Motor.ru saytının bildirdiyinə görə, 2019-cu ilin Genesis G70 sedanını 12,3-düymlük stereodispleyi olan üçölçülü rəqəmsal cihazlar paneli ilə təchiz ediblər. Sistem sürücünün gözlərinin vəziyyətini izləyərək stereoskopik effekt hesabına həcmli təsvirləri əks etdirir. Gərək olduqda paneli ikiölçülü görüntüyə də keçirmək olar. Bundan başqa, virtual cihazlar paneli üç tərtibat rejiminə malikdir: Modern, Space və Edge.

Yenilənmiş G70 sedanının standart təchizatına baqaj qapağının elektrik ötürməsi, havanın çoxpilləli təmizlənməsi sistemi və 1280x720 piksellik icazəli ekranı olan multimedia sistemi daxildir. Bundan əlavə, sedan eco-coasting funksiyasına sahub olubdur. Bu sistem sürücüyə akselerator pedalını buraxaraq gillətmə ilə getməyin gərək olduğunu "pıçıldayır". Əvvəllər bu funksiya 3,3-litrlik mühərriklə təchiz edilən G70 modelinin təchizatına daxil idi.

Sedanın 3,3-litrlik modifkasiyası isə HTRAC tam çəkiş sisteminin yenidən tənzimlənmiş variantına sahib olubdur. Bundan sonra sedanın top variantı dartma qüvvəsini oxlar və arxa təkərlər arasında paylaşdıran Dynamic AWD sistemi ilə təchiz ediləcəkdir. Yenilənmiş Genesis G70 modeli vətənində 37 milyon vondan (55870 AZN) başlayan qiymətlər ilə satılır.