Bu günə qədər Genesis markasının iddiaları G70 sedanı ilə təmsil olunduğu D+ sinifindən aşağı enməyib. Lakin, sən demə, koreyalılar kiçik şəhər avtomobilləri seqmentində də güclərini sınamaq qərarına gəliblər. Bunun əyani sübutu Nyu York avtosalonunda nümayiş etdirilmiş Genesis Mint konsepti olub.

Dörd metrlik uzunluğa malik olan kiçik avtomobil Almaniya, ABBŞ və Cənubi Koreyadakı dizayn studiyaların birgə işidir. Almaniya dizayn studiyası demək, bu layihə üzərində məşhur həmyerlimiz Samir Sadıxovun iştirakı deməkdir. Mint iki qapıya və iki oturacağa malikdir, amma baqaj bölməsinin təşkilinə dizaynerlər maraqlı ideya ilə yanaşıblar. Baqaj bölümünə giriş geriyə açılan gilyotin tipli iki taydan ibarətdir ki, bud a trotuardan düşmədən çantaları yükləmək imkanı verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konseptin interyeri əsl dəri ilə tərtib edilib və sürücü üçün nəzərdə tutulan məlumat sükan çarxının mərkəzindəki kiçik displeydə əks olunur. Sükanın ətrafındakı altı kiçik düymələr də sensorludur və vəziyyətdən asılı olaraq onların funksiyaları dəyişə bilər. İkiyerli divanın kürək hissəsində açılan dirsəkaltı da vardır.

Məlum məsələdir ki, Genesis Mint elektromobildir. Lakin, Genesisi güc qurğusu barədə məlumat verməyib. Yeganə məlum olan avtomobilin dolu batareya ilə enerji yükləmədən 322 kilometr məsafə qət etdiyidir. Genesis markası altında sitikarın perspektivləri barədə danışmaq tezdir. Bir də ki, Genesis Mint konsepti bu halı ilə konveyer həyatından çox uzaqdır.