Hyundai şirkətinə məxsus olan Genesis premium subbrendi yenilənmiş bayraqdar sedanını təqdim edib. Yenilənmiş Genesis G90 modeli restaylinqdən əvvəlki variantdan ciddi şəkildə fərqlənir. Avtomobilin eksteryerində baş vermiş dəyişikliklər heraldik qalxana bənzəyən radiator barmaqlığından, yeni formalı hava girişləri olan ön bamperdən, tamamilə yeni formalı işıq texnikasından və Genesis markasının “qanadlı” emblemi olan yeni ön kapotdan ibarətdir.

Arxa tərəfdən baxdıqda əvvəlki modellə heç bir bənzərliyə rast gəlmək mümkün deyildir. Burada kuzovun eni boyu uzanan ikimərtəbəli arxa fənərləri, həmçinin baqaj qapağının üzərində həkk edilmiş “Genesis” sözünü görmək olar. Yeri gəlmişkən, sedanın 19-düymlük təkər diskləri də qəribə dizayna malikdirlər. Bu disklərdəki naxışlar səsboğucu funksiya daşıyırlar. Onların forması G-Martix adlanır.

İnteryerdə baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır. Sedan havalandırma sisteminin yeni formalı deflektorlarına, müxtəlif tərtibat variantlarına, təkmilləşdirilmiş multimedia sisteminə və genişləndirilmiş avadanlıq siyahısına sahib olub.

Genesis G90 modelinin təchizatına 12,3-düymlük sensorlu ekranı olan, Apple CarPlay, Android Auto və Mirror Link tətbiqlərini dəstəkləyən multimedia sistemi, həmçinin aktiv səsboğma sistemi daxildir. İlk dəfə olaraq Genesis modelində naviqasiya sisteminin xəritələrini və multimedia sisteminin proqram təminatını Wi-Fi vasitəsi ilə yeniləmək mümkün olacaqdır.

Bundan başqa, bayraqdar sedanın təchizatına 10 təhlükəsizlik yastığı, aktiv sükan idarəetməsi funksiyasına malik olan zolaqda saxlama sistemi, arxaya hərəkət zamanı köndələn axına nəzarət sistemi, piyada və velosipedçiləri aşkarlayaraq öndən toqquşmaları xəbərdar edən sistem və yaxınlaşan avtomobil haqqında xəbərdar edən qapıların təhlükəsiz açılması sistemi daxildir.

Yenilənmiş Genesis G90 modeli əvvəlki kimi atmosfer tipıi 3,8-litrlik V6 və 5,0-litrlik V8 mühərrikləri, həmçinin 3,3-litrlik altı silindrli turbomühərrik ilə təklif ediləcəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt