Ötən ay avropa mətbuatında Formula 1 pilotu Sebastyan Fettelin karyerasını bitirəcəyi barədə söz-söhbətlər peyda olub. S.Fettel isə bu xəbəri təkzib edir və hətta çalışdığı Ferrari komandasının direktoru Mattia Binotto da bunun əsassız olduğunu bildirmişdi.

Lakin Formula 1-in sabiq pilotu, təcrübəli Gerhard Berqer isə bunun əksini söyləyir. Onun sözlərinə görə, S.Fettel həqiqətən Formula 1-dən gedə bilər: «Fettel ağıllı insandır, doğru qərarları və məntiqi fikirləri ilə hər zaman seçilir. Onun beynində hələ çoxlu idealar, reallaşdırmaq istədiyi bir çox məqsədləri var. Ailəcanlı biridir, övladlarına vaxt ayırmağı, onlara qarşı diqqətli olmağı yaxşı bacarır. 

Pul qazanmaq barədə isə çətinlik çəkmir. F1-dən getsə belə, bu ona böyük problem yaratmaz. Şübhə etmirəm ki, o bir səhər oyanıb əsəb və gərginlikdən ibarət olan, təzyiq dolu işdən artıq tənqə gəldiyini və həyatında daha rahat, ona yenilik gətirə biləcək daha marağlı işlə məşğul olmaq istədiyini deyəcək. S.Vettel bizə sürpriz hazırlasa, heç kəs təəccüblənməsin.

O, özünəməxsus biridir, daima həmkarlarından seçilir. Misal üçün, deyə bilərəm ki, o, Mixail Şumaxerdən xasiyyətcə çox fərqlidir. M.Şumaxer daha sərt və olduqca ciddi şəkildə komandaya rəhbərlik edərdi. Əlbəttə Vettelin də öz üstün cəhədləri var, o çox istedadlıdır, işinin öhtəsindən yaxşı gəlir. Amma idarəetmə - onun bacardığı iş deyil».