General Motors konserni əfsanəvi Hummer modelini ikihəcmli kuzovu olan ənənəvi ofrouder kimi yenidən canlandırıb. Texniki və eksteryer cəhətdən GMC Hummer EV SUV, keçən ilin oktyabr ayında debüt etmiş eyni adlı pikapı təkrarlayır: hər iki Hummers nəhəng klirensi və elektrik güc qurğusuna sahib olan brutal ofrouderdir.

General Motors hələlik Hummer EV ofrouderinin ölçülərini açıqlamasa da, yeni modelin pikapdan daha yığcam olduğu məlumdur. Beşqapılı Hummer modelnin təkər bazası pikapdan 227 millimetr qısadır. Eyni zamanda, kuzovun arxa çıxışı da azaldılıb. Beləliklə, ofrouderin uzunluğu 5,1-5,2 metr ola bilər.

Ofrouderin və pikapın kuzovu maksimal dərəcədə unifikasiya edilib: arxa dayağa qədər nəqliyyat vasitələri tamamilə eynidirlər. Kuzov növündən asılı olmayaraq, dam panelləri çıxarıla bilər - bölmələri çıxarmaq və ön baqajda yerləşdirmək olar. Arxadan elektrik ofrouderi xarakterik şaquli fənərləri və beşinci qapıdan asılmış tam ölçülü ehtiyat təkəri olan daxili yanma mühərrikli sələflərinə bənzəyir.

Şassi baxımından ofrouder və pikap eynidir: zəngin təchiz olunmuş Hummer modelləri pnevmatik asqıya və CrabWalk diaqonal rejiminə sahib olan tam idarələnən şassiyə malikdirlər. Ofrouderin standart klirensi 257 millimetrdir, lakin ofroud zamanı bu göstərici 302 millimetrə, opsional Extract Mode dəstini sifariş etdikdə isə, 404 millimetrə qədər artırıla bilər. Hətta, baza oforuderi 660 millimetrlik çay keçidini qət edə bilər.

Hummer EV SUV model yalnız beş nəfərlik ola bilər. Üstəlik, ofrouderin salonu həm funksionallıq, həm də məkan baxımından pikap ilə eynidir. Salon qəsdən brutal şəkildə tərtib olunub, rəqəmsal cihazlar paneli 12,3-düymlükdür, məlumat-əyləncə kompleksinin sensorlu ekranı isə bir qədər böyükdür - 13,4 düym.

Qısaldılmış baza səbəbi ilə GMC Hummer EV SUV modeli daha az tutumlu batareya ilə təchiz olunur. Məlum məsələdir ki, 1014 at qüvvəli güc qurğusuna da ehtiyac yoxdur.

105,6 min dollara satılan üçmühərrikli Edition One modifikasiyası 842 at qüvvəsinə (təkərlərdəki fırlanma anı 15 590 Nm) və 480 kilometrlik yürüş məsafəsinə malikdir. 800 voltluq elektrik sistemi standart avadanlığa daxildir.

Beş min dollar məbləğində əlavə ödəniş ilə 35 düymlük “palçıq” şinlərini, möhkəmləndirilmiş asqını, 18 dairəvi müşahidə kameraları dəstini (ofrouderin altında quraşdırılan iki kamera da daxil olmaqla) və differensial kilidlərini sifariş etmək olar. Belə avadanlıqla yürüş ehtiyatı 450 kilometrə qədər azalır.

Daha əlçatan ikimühərrikli versiyalar da nəzərdə tutulub: “orta” EV2X versiyası 90 min dollara başa gəlir, onun elektrik mühərrikləri 634 at qüvvəsi (təkərlərdəki fırlanma anı 10,033 Nm) hasil edirlər. Belə modifikasiyanın yürüş ehtiyatı 480 kilometrdir və ofrouderin təchizatı barədə məlumat verilməyib.

Baza Hummer SUV EV2 versiyası 80 min dollara başa gəlir, lakin adi yaylı asqı ilə təchiz edilir və tam idarələnən şassidən məhrumdur. Elektrokarın elektrik sistemi sadələşdirilib (400 volt), yürüş ehtiyatı isə 400 kilometrə endirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

General Motors konserni ofrouderin satışlarına zəngin təchizat səviyyələri olan Hummer EV SUV modelləri ilə başlayacaqdır. Edition One top versiyası 2023-cü ilin ilk rübündə alıcıları çatdırılacaqdır, orta təchizatlı ofrouderlər dilerlərə 2023-cü ilin yazında göndəriləcəkdirlər.

Nəhayət, GMC Hummer SUV EV2 baza modeli bir ildən sonra satış debütü edəcəklər. Müqayisə üçün, Hummer EV pikaplarının tədarükünün cari ilin payızında başlanması planlaşdırılır.