Şimali Amerikada Chevrolet modellərinin daha bahalı versiyalarını istehsal edən GMC markası yeni nəsil Yukon modelini təqdim edib. GMC Yukon modeli "kiçik" Chevrolet Tahoe və Suburban modellərdən sonra nəsil dəyişib: ofrouderin üst versiyası olan Denali tamamilə yeni salona sahib olub. Əlavə ödəniş ilə GMC Yukon modelini adaptiv pnevmoasqı və elektron qapanması olan arxa differensial ilə təchiz etmək olar.

GMC Yukon /Yukon XL ofrouderlərinin "kiçik" Chevrolet Tahoe və Suburban modellərindən fərqi o qədər də böyük deyil - fərqlər əsasən eksteryerə aiddir. GMC Yukon modeli ön tərəfin orijinal dizaynına, başqa kapot və qanadlara malikdir.  Arxa hissədəki fərq, baqaj qapağında əlavə bölməsi olan dəyişdirilmiş işıqlardan ibarətdir. Salonda yeni sükan çarxı, həmçinin ön oturacaqlar arasındakı 254 millimetr geri çəkilə bilən Power Sliding Center konsolu quraşdırılıb (Denali, AT4 və SLT versiyaları üçün əlçatandır).

Yukon Denali üst modifikasiyası ilk dəfə olaraq çoxsəviyyəli arxitekturaya malik olan ön panelə sahib olub. Bununla birlikdə, yeganə fərq dizayndadır - mərkəzi konsoldakı idarəetmə bloku, cihazlar paneli və multimedia sisteminin displeyi sadə versiyalarda olduğu kimidir. Yukon Denali modelinin interyer tərtibatında premium materiallardan - əsl dəri və ağacdan istifadə edilir. Bundan başqa, ofrouder genişləndirilmiş standart avadanlıq siyahısına malikdir.

Modelin təchizatına dördüncü nəsil Maqnetik Ride Control adaptiv asqısı, 15 düymlük proyeksiya ekranı və doqquz kameralı dairəvi müşahidə sistemi daxildir. Əlavə ödənişlə, panoram damı, klirensi tənzimlənən pnevmoasqını (kuzovu 50 mm aşağı salır və ya qaldırır), 22-düymlük təkər disklərini və iki pilləli paylaşdırıcı qutusu və arxa differensialın elektron kilidi olan dörd Active Response 4WD tam ötürmə sistemini sifariş etmək olar.

GMC Canyon pikapının ardınca Yukon da aktiv həyat tərzini sevənlər üçün nəzərdə tutulmuş AT4 versiyasını əldə edib. Bu versiyanı radiator barmaqlığının tünd haşiyəsi və qırmızı rəngli yedək qarmaqları sayəsində asanlıqla tanımaq olar. Yukon AT4 modelinin təchizatına pnevmoasqı, transmissiya və asqı elementlərin əlavə müdafiəsi, enmə köməkçisi və interyerinin unikal Jet Black / Brandy rəng sxemi daxil edilib. İstehsalçı, asqının ən yüksək vəziyyətində avtomobilin giriş bucağının 32 dərəcə olduğunu qeyd edib.

GMC Yukon mühərrik çeşidinə üç aqreat daxildir. Ofrouder 360 at qüvvəsi və 519 Nm fırlanma anı hasil edən 5.3-litrlik, həmçinin 426 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən 6.2-litrlik benzin mühərrikləri, eyni zamanda, 281 at qüvvəsi və 623 Nm fırlanma anına malik olan Duramax dizeli ilə təklif edilir. Səkkizsilindrli mühərriklər start-stop sistemi və silindrlərin söndürülməsi funksiyası ilə təchiz ediliblər. Bütün mühərriklər 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışırlar. Standart olaraq Yukon modeli arxa ötürmə ilə təchiz edilir. Tam ötürmə - opsiyadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GMC Yukon modeli qohum Chevrolet modellərinin istehsal etdikləri Arlington şəhərindəki (Texas ştatı, ABŞ) zavodda yığılacaqdır. Modelin Şimali Amerika bazarındakı satışlarına yayda başlanacaqdır. GMC Yukon modelindən sonra növbə Cadillac Escalade modelinin yeni nəslinindir.