Formula 1 yarışlarında, hər Qran Pri sonrası azarkeşlər tərəfindən onlayn səsvermə yolu ilə "günün yarışçısı" seçilir. Avstriya Qran Prisindən sonra alınmış nəticə şübhəli məqamlara və söz-söhbətlərə səbəb olub.

Avstriya Qran Prisi bitər-bitməz, səsvermə nəticəsində qalib adına, liderdən üç dövrədə geridə qalmış və yarışı sonuncu yerdə bitirən Robert Kubica (Williams) layiq görülüb. Bununla bağlı, The Formula One Group (FOM) nümayəndələri dərhal məsələyə reaksiya verərək, səsvermədə texniki yalnışlıq olduğunu və nəticələrə yenidən baxılacağını bildiriblər.

Daha öncə ki, nəticələrə görə isə "Günün yarışçısı" adına Maks Verstappen, Valtteri Bottas, Sebastiyan Vettel, Şarl Lekler, Aleksandr Elbon və Lando Norris layiq görülüblər.