Bu gün Barselonadakı ilk test gününün başlanmasına bir saat qalmış Haas F1 komandası 2019-cu ilin avtomobilini təqdim edib. Xatırladaq ki, bu ayın əvvəlində Haas komandası yeni livreyasını təqdim etmişdi. Lakin, həmin livreya köhnə avtomobildə nümayiş etdirilmişdi.

Bu gün isə, komanda tamamilə yeni şassini təqdim edib. İlk test günündə avtomobilin sınaqlarını başlamaq şərəfi Romen Qrojana qismət olub. Sabah onu komanda yoldaşı Kevin Maqnussen əvəz edəcəkdir.

Image alt Image alt Image alt Image alt