Məşhur amerikan mototexnika istehsalçısı Harley-Davidson şirkəti yeni Road King Special modelini təqdim etmişdir. Miwaukee-8 mühərrikinin ətrafında yaradılmış motosikl müasir texnologiyalardan və markanın ən yaxşı ənənələrindən istifadə edilməklə hazırlanmışdır.

Motosiklin hərəkət hissəsi Road King modelinin ilkin variantından götürülmüşdür. Yeni motosikldə həmçinin, turinq xəttindən olan populyar Street və Road Glide Special modellərində istifadə edilən asma və oturacaq quraşdırılmışdır. Harley-Davidson Road King Special modeli 9 düymlük ape hanger handlebar sükanı ilə təchiz edilir. İstehsalçının iddiasına görə, motosikl aqressiv görkəmə malik olsa da, sükan-oturuş nisbətinə görə ən rahat motosikllərdən biridir. Tutumlu kofrlar, antiqanad və nömrə nişanı daha sərt profil yaratmaq məqsədi ilə bir qədər aşağıda yerləşdirilmişdirlər.

Yeni Harley-Davidson Road King Special baykının satış qiyməti 21999 ABŞ dolları təşkil edir. Road King modelinin xüsusi modifikasiyasının yaxın günlərdə diler mağazalarında satılacağı bildirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt