Bu gün İnternet şəbəkəsində yeni Haval Cool Dog (Çin bazarında KuGou adlanır) modelinin rəsmi interyer şəkili peyda olub - bu krossover Haval markasının model xəttində Dargo ofrouderindıən bir pillə aşağıda qərarlaşacaqdır.

Maraqlıdır ki, dərc olunmuş şəkildəki seriya krossoverinin interyeri, ilin əvvəlində casuslar tərəfindən çəkilmiş şəkillərdəkindən fərqlənir: sərnişinin önündəki əlavə ekran, habelə qapı kartlarındakı displeylər yoxa çıxıblar. Sonuncular konseptdə xarici kameralardan alınan görüntüləri əks etdirirdilər.

Yeni Haval Cool Dog modelinin təqdimatı bu gün, iyunun 23-də Çində baş tutmalı idi, lakin koronavirus səbəbindən tədbir ləğv edilib. Lakin Haval seriya avtomobilin interyeri də daxil olmaqla, bir neçə şəkilini dərc edib. Görünən odur ki, ixtisarsız ötüşməyib.

Məsələn, ekranların sayını azaldılıb: “əmtəə” krossoveri iki ayrı displeyli standart konfiqurasiyaya malikdir - sürücünün qarşısında rəqəmsal cihazlar paneli quraşdırılıb, mərkəzdə isə, multimedia sisteminin sensorlu ekranı var. Eyni zamanda, səs sisteminin oturacaq başlıqlarına quraşdırılmış dinamikləri və parlaq əlavələri olan oturacaq üzlükləri qorunub saxlanılıb. Sonuncular modelin top versiyalarının opsiyalar siyahısına daxil ediləcəklər. Transmissiyanın selektoru, gözlənildiyi kimi, Tank 300 modelindən götürülüb. Sükan çarxı Dargo moddelindəki ilə eynidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cool Dog krossoveri Dargo modelindən daha yığcamdır: onun uzunluğu 4,52 metrə çatır, təkər bazası isə, 2,7 metrdən bir qədər genişdir. Krossover L.E.M.O.N platformasına əsaslanır və onun kapotun altında 184 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki yerləşir. Bir müddətdən sonra, modelin modifikasiya çeşidində daha iki versiya peyda olmalıdır - daha güclü 2,0-llitrlik mühərrik və qənaətcil hibrid güc qurğusu ilə.

Haval şirkəti ümumilikdə, adında “dog” kəlməsi olan beş modeli buraxmağı planlaşdırır ki, bunların arasında ixrac bazarlarında Dargo adı ilə satılan Big Dog modeli də var.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.