Haval şirkəti H2 krossoverini əvəzləyəcək Chulian modelini təqdim edib. Çin dilindən tərcümədə avtomobilin adı "ilk sevgi" mənasını verir. Bu krossoverin carçısını sentyabr ayında keçirilmiş Pekin avtosalonunda nümayiş olunmuşdu. Qeyd etmək lazımdır ki, seriya modeli seriyaöncəsi krossoverindən yalnız dekoru və bəzi interyer həlləri ilə fərqlənir.

Haval Chulian sələfindən daha zərif görünür və ondan nəzərəçarpacaq dərəcədə böyükdür: krossoverin uzunluğu 4472 millimetr (+137 millimetr), eni - 1841 millimetr (+ 27 millimetr), hündürlüyü 1619 millimetr (- 76 millimetr), oxları arasındakı məsafə isə 2700 millimetrə (+ 140 millimetr) çatır. Chulian modeli 17 və ya 18 düymlük təkər diskləri ilə təklif edilir.

Yeni model Haval DaGou və H6 krossoverlərinin əsaslandığı L.E.M.O.N.modu platformasında inşa edilib. Yeni platforma sələfindən yüksək möhkəmliyə malik olan poladlardan geniş istifadə olunması, kuzovun güc strukturuunun sərtliyi və əlbəttə ki, dəyişkənliyi ilə fərqlənir. Məsələn, Chulian yarımüstəqil arxa asqıya malikdir, lakin daha iri modellər (elə sələfi H2 də) isə çoxqollu arxa asqı ilə təchiz edilirlər.

Salonda minimum düymələr dəstini, transmissiyanın idarəetmə şaybasını və 10.25 və ya 12.3 düymlük (konfiqurasiyadan asılı olaraq) genişformatlı ekranlı olan mediasistemi görmək olar. Cihazlar paneli virtualdır, lakin ekran yalnız panelin mərkəzində yerləşir, onun ətrafında isə piktogramlar və iki "sabit" şkalalar yerləşir. İri proyeksiya ekranı da mövcuddur.

İstehsalçı yeni krossoverin H2 modelinə nisbətən daha keyfiyyətli tərtibat materiallarına malik olacağını vəd edir. Bir neçə ikirəngli tərtibat variantı, dəri salon və elektriklə tənizmlənən ön oturacaqlar əlçatandır. Chulian markanın sürücünün vəziyyətini izləyən DMS (Driver Monitoring System) kamerası ilə təchiz olunan ilk modelidir. Alın şüşəsinin əsasında dirəyinin yerləşən kamera sürücünün yorğunluq səviyyəsini izləyir.

Haval Chulian modeli 150 at qüvvəsi və 220 Nm fırlanma anı hasil edən sahib 1.5-litrlik benzin turbomühərrikinə malikdir. Mühərrikin fırlanma anı ikimuftalı yeddi pilləli "robot" vasitəsilə ön öxa yönləndirilir. Sonradan başqa modifikasiyalar da təklif ediləcəkdir, lakin tam ötürmə sistemini yalnız hibrid versiya alacaqdır. Tam ötürmə arxa oxda yerləşdirilmiş elektrik mühərriki vasitəsi ilə təmin ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində Haval Chulian krossoverlərinin satışı gələn ilin yanvar ayında başlanacaqdır. Qiymət diapazonun 14 - 17 min dollar arasında olacağı gözlənilir. Yeni krossoverin ixrac perspektivləri barədə heç bir məlumat verilməyib.