M6 krossoveri Haval markasının Çin bazarında satılan ən sərfəli modelidir - krossoverin baza versiyası yerli dilerlər tərəfindən 10 min dollara təklif edilir. Bu qiymətə yığcam Hyundai Creta modeli ilə deyil, ölçülərinə görə Nissan X-Trail və ya Mitsubishi Outlander modelləri ilə müqayisə ediləcək uzunluğu 4649 millimetr olan krossover təklif edilir.

2017-ci ildə debüt etmiş M6 modeli birinci nəsil Haval H6 krossoverinin bazasında yaradılıb və bir sıra büdcə modellərinin yaranmasına səbəb olub. Bundan başqa, bu krossover hazırda Haval markasının model cərgəsində M hərfini daşiyan yeganə model olaraq qalır. Bununla birlikdə, M6 yaxşı satışlar göstərib - 2019-cu ildə 119 min avtomobil satılıb, - bu səbəbdən də şirkət ondan yaxa qurtarmağa tələsmir. Əksinə, modelin ikinci modernizasiyası həyata keçirilib.

Artıq modeli Haval M6 Plus adlanır və fərqli görkəmə sahib olub. Avtomobilin ön hissə tamamilə yenidir, arxa tərəfdə isə bir xəttlə birləşdirilmiş yenilənmiş fənərlər quraşdırılıb. Bundan başqa, dizaynerlər arxa yan şüşələrin formasını dəyişdiriblər və "süzən" dam effektindən imtina ediblər. Nəticədə, yeniləmədən sonra kuzov eyni qalsa da, M6 tamamilə fərqli görünür.

Salon da yenilənib, lakin analoq cihazlar paneli yerində qalıb və heç bir dəbdəbə elementləri yoxdur. Yeni ön panel monumental mərkəzi konsola və mediasistemin genişləndirilmiş ekrana sahib olub. Mühərriki işə salma düyməsi və lyuk əvvəllər də M6 modelində mövcud idi, indi isə burada "əl əyləcinin" elektron düyməsi peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissə dəyişilməz qalıb. Haval M6 Plus modeli 150 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki transmissiya və yeddi pilləli "robot" ilə tandemdə çalışır. Ötürmə - ön oxadır.

Yenilənmiş Haval M6 Plus modeli Çin bazarında yanvar ayında satışa çıxarılacaqdır. Yenilənmiş krossoverin qiyməti 11,500 dollardan başlayacaqdır.