Çinin Haval şirkəti Şanxayda keçirilən avtosalonda Vison 2025 adlı konseptual krossoveri nümayiş etdirib. “2025” rəqəmi çin markasının elektrokarının debüt edəcəyi tarixə işarə edir. Məlumdur ki, Haval nə elektromobilə, nə də ki avtopilot sisteminə malikdir. Üstəlik, çinşirkəti heç elektrik platfomasına da sahib deyildir. Lakin, altı il bu çatışmamazlıqların aradan qaldırması üçün kifayət etməlidir.

Bu səbəbdən də, yeni konseptin Haval H5 krossoverinin bazasında inşa edilməsi ehtimalı böyükdür.Konseptin dizaynı üzərində Land Rover şirkətindən gəlmiş britaniyalı Fil Simmons işləyib. Haval Vision 2025 prototipinin eksteryeri konseptə xas olan detallara malikdir: taybatay açılan qapılar, güzgüləri əvəzləmiş kameralar, qeyri-adi işıq texnikası və təkər diskləri.

Konseptin güc aqreqatı barədə söz açmağına dəyməz – Vision 2025 prototipinin əsas elementi AR-HUD tamamlanmış reallıq sistemidir. Çinlilər alın şüşəsinin bütün səthini interaktiv displeyə çevirməyi təklif edirlər. Bundan başqa, konsept üzün tanınması funksiyasına da malikdir. Haval bu sistemi innovasiyon və rahat adlandırır. Onun köməkliyi ilə ani olaraq “bulud” hesabına daxil olmaq, fərdi tənzimləmələri yükləmək mümkündür.Eyni zamanda, konseptin təchizatına mobil tətbiq vasitəsi ilə avtomobilin axtarışı və alnmış malların “baqaja çatdırılması” funksiyası da daxildir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salondakı fiziki düymələr tamamilə sensorlu panellər tərədindən sıxışdırılıb çıxarılıbdır.Hətta, transmissiyanın rejimlərinin dəyişdirilməsi də sensorlu panel vasitəsilə həyata keçirilir. Mərkəzi displey iridir və sürücüyə tərəf istiqamətləndirilib. Cihazlar paneli o qədər  kiçik ölçülərə malikdir ki, sükan çarxında yerləşdirilib. Panelin kənarlarında olan ekranlar isə yan kameralardan alınan görüntüləri əks etdirir.

Konseptin əsas məqsədi Haval şirkətinin “qlobal” şirkət olduğunu göstərməkdir. İndi çinlilərə bu ada layiq olduqlarını sübut etmək qalır.