Great Wall Hover modeli 2005-ci ildə debüt edib. O vaxtdan bəri dəfələrə yenilənmədən keçmiş ofrouder 2015-ci ildən Haval H5 adını alaraq Great Wall şirkətinin törəmə brendi olan Haval şirkətinin model xəttinə qatılıb. Ramalı veteran bu gün də istehsal olunur və Çin bazarında 15 min dollara satılır.

Bununla belə, uzunömürlü ofrouderin yenisi əvəz edilməsi vaxtı artıq çoxdan çatıbdır. Bu günlərdə yayılan qeyri-rəsmi şəkillər Çin istehsalçısının H5 modelinin varisini hazırladığından xəbər verir: özü də, bu şəkillərdən biri avtomobilin mediasisteminin ekranından götürülüb. Şəkillərdən də göründüyü kimi, yeni nəsil Haval H5 modeli brutal nisbətlərə və Mercedes-Benz G-Class modelinin üslubunda cizgilərə sahib olacaqdır. Avtomobilin offroud xüsusiyyətlərini qoruduğuna qara rəngli bamperlər, kandarlar, təkər tağlarının plastikdən genişləndiriciləri qanad və ön bamperdəki yedək halqaları işarə edir.

Yeni model haqqında başqa məlumat yoxdur. Haval H5 modelinin ramanı qoruyacağı məlum deyil. Alın şüşəsinin dayaqlarının ön oxa nisbəti, köndələn yerləşən mühərrikə keçid ehtimalını gücləndirir. Bununla belə, şübhəsiz ki, avtomobilin təchizatı zənginləşdirilməlidir: ən azı çəkildəki panoram dam buna dəlalət edir. Modelin təqdimatının bu ilin üçüncü rübündə keçiriləcəyi gözlənilir.