Beşqat dünya çempionu İnterlaqosda keçirilən təsnifat mərhələsində ən yeyin pilot olub. O, Sebastyan Fettel və Valtteri Bottası qabaqlayaraq pouldan start almaq hüququnu əldə edib. Sinoptiklər hər an yağışın başlayacağı ehtimalını söyləsələr də, sırlama quru hava şəraitində keçib.

Həmilton dövrəni 1.07,281 zamanla başa vuraraq Fetteli 0,093, Bottası isə 0,160 saniyə qabaqlayıb. Bununla, Həmilton bu mövsündəki onuncu poulunu ətdə edib. Kimi Rəykkonen və Red Bull Racing pilotları ilk altılığı tamamlayıblar. Buna baxmayaraq, altıncı nəticəni göstərmiş Daniel Rikkardo  aldığı cəza səbəbi ilə beş yer itirəcəkdir.

Rikkardonun cəzasından yararlanan pilot isə Markus Eriksson olub - isveç pilot karyerasının ən yaxşı nəticəsini İnterlaqosda əldə edib. Erikssonla yanaşı ilk onluğa Şarl Lekler, Romen Qrojan və Pyer Qasli daxil olublar.  Rikkardonun cəzasından sonra ilk onluğun xaricində qalmış Kevin Maqnussen də onunculuğa yüksəlib.