Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton bu mövsümün son poulunu qazanıb. Ab-Dabidə keçirilən final təsnifat mərhələsinin qalibi Yas Marinadakı dövrəni 1.34,794 zamanla başa vuraraq, komanda yoldaşı Veltteri Bottası 0,162, Ferrari pilotu Sebastyan Fetteli 0,331 saniyə qabaqlayıb.

Həmilton sırlamanın final seqmentində ilk cəhdində lider olsa da, ikinci cəhddə vaxtını yarım saniyə yaxşılaşdırmağa müvəffəq olub. Bottas da son cəhdində üçüncülükdən ikinciliyə yükəslməyi bacarıb. Kimi Rəykkonen, Dəniel Rikkardo və Maks Ferstappen ilk altılığa daxil olublar.

Kimi Rəykkonen də həmyerlisi kimi son saniyələrdə bir pillə yüksəlməyə müvəffəq olub. Ferstappen isə son cəhdini bitirməyərək boksa qayıdıb. Romen Qrojan digər pilotlar arasında ən uğurla çıxış edən pilot olub. O, kiçik fərqlə Şarl Lekleri üstələyib. İlk onluğu Esteban Okon və Niko Hülkenberq tamamlayıb.