Hennessey Performance atelyesi səkkiz silindrli mühərrik ilə təchiz edilmiş Ford F-150 VelociRaptor pikapını təqdim edib. Xatırladaq ki, nəsil dəyişikliyindən sonra F-150 Raptor modeli yalnız altı silindrli mühərrik ilə təklif edilir. Atelye cəmi 100 ədəd belə pikapı buraxmağı planlaşdırır.

Ford F-150 Raptor modelinin yeni nəsli 2015-ci ildə debüt edib. O zaman, 416 at qüvvəli 6,2-litrlik V8 mühərrikini 457 at qüvvəsi hasil edən 3,5-litrlik V6 Ecoboost mühərriki əvəz edib.  İndi Hennessey atelyesi bununla barışmaq istəməyənlərə V8 mühərrikini qaytarmağı təklif edir. 

Tüner pikapı Mustang kupesindən tanış olan 5,0-litrlik V8 mühərriki ilə təchiz ediblər. 2,9-litrlik ötürməli kompressor quraşdırılmış mühərrikin gücü 769 at qüvvəsi təşkil edir. Güc aqreqatı əvvəlki kimi 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

VelociRaptor yerindən 100 km/saat həddinə “bərkgedən” pikap 4,1 saniyəyə sürətlənir. 401 metrlik dreq məsafəsi isə 12,2 saniyəyə qət edilir. Səkkiz silindrli mühərriklə təchiz edilən pikapın satış qiyməti 147950 dollardır. Beləliklə, Hennessey VelociRaptor pikapı adi Ford F-150 Raptor modelindən üç dəfə bahadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt