Dodge Ram pikaplarına əsaslanan sərnişin ofrouderləri amerikan istehsalçısının model xəttindən çoxdan yoxa çıxıblar. ABŞ-da Dodge Ramcharger modeli son dəfə 1993-cü ildə konveyerdən çıxıb, onun Meksikadakı buraxılışına isə 2001-ci ildə son verilib. İndi bu yeri Ram 1500 pikapının ramalı şassisi üzərində inşa edilmiş Jeep Wagoneer ofrouderi tutmalıdır, lakin Ram markasının özü belə modelləri buraxmağı planlaşdırmır. Bununla belə, məhz Ram markasından olan iri sərnişin ofrouderinə ehtiyac duyanlar üçün, amerikan avtomobillərinin tüninqi üzrə ixtisaslaşan məşhur Hennessey Performance şirkətinin maraqlı təklifi var.

Dodge Ramcharger (1974-1980)

Şirkətin qurucusu və sahibi Con Hennessi, eyni zamanda beş uşaq atasıdır və üç cərgəli yeddi yerlik avtomobilin nəyə lazım olduğunu yaxşı bilir. Hələ 2012-ci ildə  onun şirkəti ekstremal Ford F-150 Raptor pikapına əsaslanan sərnişin ofrouderini təqdim etmişdi.

Dodge Ramcharger (1981-1996)

İndi isə, pikapa əsaslanan yeni sərnişin ofrouderinin donoru rolunda keçən yay işıq üzü görmüş yeni Ram 1500 TRX modeli çıxış edir. Üstəlik, Hennessey artıq orijinal pikapın tüninqini həyata keçirib, indi isə, ekstremal pikapı Hennessey Mammoth 1000 SUV adlanan beşqapılı ofrouderə çevrmək qərarına gəlib.

Dodge Ramcharger (1998-2001)

Hələlik ofrouderin yalnız bir şəkli yayımlanıb. Ancaq şirkətin bildirdiyinə görə, Mammoth 1000 SUV modeli yalnız yük bölməsinin üzərində quraşdırılan şüşəli qurğuya deyil, kuzovun standart salon ilə birləşdirilmiş tamamilə orijinal arxa hissəsinə sahib olacaqdır. Salonda yeddi oturacaq, tam ölçülü tərtibat və avadanlıqlar ilə təchiz edilmiş baqaj bölməsi var.

Hennessey Mammoth 900

Avtomobili 6,2-litrlik V8 mühərriki yeni ötürməli kompressor və idarəetmə vahidi ilə təchiz edilib. Nəticədə, aqreqatın hasilatı 712 at qüvvəsi və 881 Nm-dən, 1026 at qüvvəsi və 1314 Nm-ə qədər artırılıb. Ötürmələr qutusu - səkkiz pilləli “avtomatdır”. Digər təkmilləşdirmələr arasında 64 millimetr artırılmış klirens, ofroud şinləri olan 20-düymlük təkər diskləri, yeni ön bamper və əlavə LED işıqlandırması yer alır. Belə ofrouder 60 mil/saat (97 km/saat) həddinə 3.2 saniyəyə sürətlənir.

Hennessey Mammoth 1000 SUV

Ekstremal sərnişin ofrouderinin ilk nüsxənin nə zaman hazır olacağı hələlik açıqlanmayıb, lakin Hennessey Mammoth 1000 SUV modelinin tirajı iyirmi nüsxə ilə məhdudlaşdırıldığı bildirilib. Avtomobilin qiyməti 375 min dollardır. Müqayisə üçün, orijinal Ram 1500 TRX pikapının qiymətləri 70 min dollardan başlayır.