Porsche sportkarlarının hazırlanmasına cavabdeh olan Auqust Axlyaytner səkkizinci nəsil 911 ailəsinin inkişaf planları barədə danışıb. Yeddi illik istehsal dövrü ərzində avtomobil ilk dəfə olaraq hibrid modifikasiyaya sahib olacaqdır. Bir sıra mühəndis həlləri indi 911 modelini «yumşaq»və ya məişət şəbəkəsinə qoşulan hibridə çevirməyə imkan verir.

«Hibrid Cayenne, Panamera və 918 Spyder  modellərinin hazırlanmasında əldə etdiyimiz təcrübəni 911 modelində də tətbiq edmişik, - Autocar dərgisinə müsahibə verən Axlyaytner bildirib. - Bu təcrübə gələcəkdə sırf elektrik imkanları olan avtomobili təklif etmək imkanı verəcəkdir».

Bunun üçün Porsche mühəndislərinə güc qurğusunu modifikasiya edərək, səkkiz pilləli PDK «robotunun» dişli çarxlar dəstini 100 millimetr qısaltmaq və arxa hissədə diskşəkilli elektromotor quraşdırmaq gərək olub. Bundan başqa, 911 modelinin tam çəkiş sisteminin iş alqoritmini dəyişiblər. Bu, ön oxa fırlanma anının 50 faizinin ötürülməsi üçün edilib. Rekuperasiyanın yaxşılaşdırılması üçün elektromexaniki əyləc gücləndiricisini tamamilə elektrik variantı ilə əvəzlənib.

Image alt Image alt Image alt Image alt Image alt

Hibdrid Porsche 911 modelinin hibrid qurğusunun güc xarakteristikaları açıqlanmayıb, lakin refers avtomobili olaraq Panamera Turbo S E-Hybrid göstərilir. Xatırladaq ki, sonuncu 680 at qüvvəsinə və 850 Nm fırlanma anına malikdir. Hibrid 911 modelinin elektromotoru ön tərəfdə quraşdırılmış batareyalardan qidalanacaqdır. Belə yerləşmə avtomobilin çəkisinin oxlar arasında bölünməsini yaxşılaşdıracaq və ağırlıq mərkəzini aşağı salacaqdır. İnsayderlər sportkarın daha yığcam yanacaq çəninə malik olduğunu da bildiriblər.