Jeep şirkəti Wrangler 4xe hibrid ofrouderinin klirensini beş santimetrə qədər artırmağa imkan verən zavod tüninq dəstini hazırlayıb. Yeni dəst, Rubicon modifikasiyasının 274 millimetrlik klirensinin kifayət olmadığını hesab edən müştərilər üçün nəzərdə tutulub.

Bazarda təklif edilən çoxsaylı tüninq dəstlərindən fərqli olaraq, firma tüninq dəsti asqı ilə bağlı müəyyən problemlər yarandıqda belə, avtomobil sahibini zavod zəmanətindən məhrum etmir. Liftinq dəstinə yeni Fox yayları və amortizatorları, ön asqının alt qolları, ön və arxa stabilizator dayaqları, bamperlər, qaytarıcılar, bərkitmələr və Jeep Performance Parts emblemləri daxildir.

Bütün hissələr Jeep loqotipləri ilə bəzədilmiş taxta qutuda çatdırılır. Liftinq dəsti Wrangler 4xe modelinin 246 millimetrlik klirensini 50,8 millimetr artırmağa imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İstehsalçı detalların quraşdırılmasının dəliklərin açılmasını, kəsmə və ya qaynağı tələb etmədiyini xüsusi ilə vurğulayır - bütün komponentlər mövcud olan yerlərə bağlanırlar. Detallar dəstini Jeep dilerlərindən 1.495 dollara almaq olar.

Bundan əlavə, Jeep şirkəti Wrangler 4xe modeli üçün 621,50 dollara satılan divar yükləmə cihazını təklif edir. Ofrouder üçün nəzərdə tutulan yeni aksessuarlar arasında, standart qapıların yerinə quraşdırılan, diametri beş santimetr olan əyilmiş polad borulardan hazırlanmış “qapılar” da var. Onların qiyməti 1195 dollardır.