OnePlus şirkəti, ağıllı telefonlarının xüsusi variantlarını buraxmaq üçün məşhur avtomobil brendlərindən istifadə edən smartfon istehsalçıları sırasına qoşulub. Məşhur superkarlar istehsalçısı olan McLaren şirkətini seçən OnePlus şirkəti OnePlus 6T McLaren Edition smarfonunu təqdim edib.

Əlbəttə ki, ilk növbədə alıcıları maraqlandıran əsas məsələdən başlamaq gərəkdir – qiymətdən. Yeni ağıllı telefonun qiyməti 700 avro təşkil edir. Yəni, OnePlus 6T McLaren Edition adi OnePlus 6T smartfonunun top variantından 70 avro bahadır.

OnePlus 6T McLaren Edition modelinin zahiri tərtibatının əsas cəhətləri, əlbəttə ki, arxa panelinin aşağı hissəsində həkk edilmiş McLaren loqotipidir. Bundan başqa, gövdənin haşiyəsinin narıncı rəngini və arxa panelin karbona bənzər tərtibatını görmək olar. Lakin, arxa şüşənin altındakı panelin əsl karbondan hazırlandığı da istisna edilmir.

Smartfon 1080x2340 piksel icazəli, 6.41 düymlük AMOLED ekranına malikdir

Xarici fərqlərlər yanaşı, daxili fərqlər də mövcuddur. OnePlus 6T McLaren Edition daha güclü əməlyyat yaddaşına malikdir – 10 Gb. Smartfon üçün nəzərdə tutulan fləş-yaddaş isə 256 Gb həcmə malikdir. Üstəlik, xüsusi seriyadan olan ağıllı telefon Wrap Charge 30 yeyin doldurma texnologiyasını dəstəkləyir. Smartfonun çatdırılma dəstinə 30-vattlıq yükləmə qurğusu daxildir ki, bu qurğunun köməkliyi ilə 3700 amper-saatlıq batareyanln yarısını 20 dəqiqəyə doldurmaq mümkündür.

Xüsusi seriyadan olan telefonları bu gündən başlayaraq Avropa və ABŞ-da satın almaq olar.